METBUAT.AZ

Elm və Təhsil

Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı açıqlandı

24 İyun 2024 17:14

2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd olunub ki, rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:

“Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub”.


metbuat.az.