METBUAT.AZ

Siyasət

Pakistan dövlət başçısı İlham Əliyevə zəng etdi

16 İyun 2024 14:07

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Metbuat.az bildirir ki, Asif Əli Zərdari dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.

Telefon söhbəti zamanı dövlət başçıları əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.

Pakistan Prezidenti COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.


metbuat.az.