METBUAT.AZ

İdman

Patrik Şik Türkiyə ilə oyunu buraxacaq -

25 İyun 2024 00:52

Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək.

Metbuat.az xəbər verir ki, 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq. Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan "Bayer 04"ün forvardı həmin görüşdə zədə alıb.

Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək.


metbuat.az.