6 İyun 2024 09:45
“Real Madrid”də əla mövsüm keçirən Arda Güler haqqında yeni transfer iddiası ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Ardanın yenidən icarəyə göndərilməsi məsələsinin gündəmə gəldiyi irəli sürülüb. İspaniyanın “AS” qəzetinin iddiasına görə, “Real Madrid” rəhbərliyi Arda Güleri liqanın orta klublarından hesab edilən “Xetafe”yə icarəyə vermək istəyir. Xəbərdə deyilir ki, Arda Güler bundan əvvəl “Real”da oynamaq istədiyi üçün “Milan”ın icarə təklifini rədd edib.
“Xetafe”nin təklifinə birbaşa “yox” cavabını verən Ardanın “Real Madrid” rəhbərliyindən xeyli narazı qaldığı deyilir.