22 İyun 2024 20:39
Avropa çempionatında F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya milliləri qarşılaşırlar.
Metbuat.az xəbər verir ki, hazırda birinci hissəsi oynanılan oyunda portuqallar hesabda 2:0 hesabı ilə öndədilər.
Hesabı 21-ci dəqiqədə Bernardo Silva açıb. 28-ci dəqiqədə isə kuryoz avtoqol qeydə alınıb. Belə ki, türklərin müdafiəçisi Samet Akaydın heç bir təhlükə olmadığı epizodda topu qapçıya ötürərkən anlaşılmazlıq yaşanıb və top boş qapıya daxil olub.