METBUAT.AZ

Siyasət

Prezident Bakıda sərgi açılışında iştirak edir

4 İyun 2024 10:00

Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimi başlayıb.

Metbuat.az bildirir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

Qeyd edək ki, 4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumunu birləşdirir.


metbuat.az.