METBUAT.AZ

Ölkə

Prezident ona yüksək vəzifə verdi

13 İyun 2024 15:48

Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Metbuat.az Report-a istinadən bildirir ki, bu barədə ARDNF-dən məlumat verilib.

Bildirilib ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.


metbuat.az.