METBUAT.AZ

Ölkə

Prezidentin yüksək vəzifə verdiyi Bəhruz Bəhramov kimdir?

13 İyun 2024 15:52

Xəbər verdiyimiz kimi, Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Metbuat.az onun dosyesini təqdim edir:

Bəhruz Fərman oğlu Bəhramov 8 aprel 1982-ci ildə anadan olub. O 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. 2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalavr təhsili alıb.

2005-2006-cı illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universiteti, maliyyə üzrə magistr dərəcəsi alıb. Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

Bəhruz Bəhramov evlidir, bir övladı var.


metbuat.az.