4 İyun 2024 12:49
İstanbulun "Qalatasaray" klubunda istefa baş tutub.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, klubun vitse-prezidenti Erden Timur istefa verib. O, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
O bildirib ki, Türkiyə liqasında çempionluq yarışında olduqları üçün, həmçinin "Qalatasaray"ın çempionlauq sevincinin önünə keçmək istəmədiyi üçün qərarı daha əvvəl açıqlamayıb.
Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından "Qalatasaray"da çalışırdı.