METBUAT.AZ

İdman

“Qarabağ”dan ayrılan Lunyovun yeni klubu rəsmiləşdi -

19 İyun 2024 12:27

Bu yay “Qarabağ”dan ayrılan Andrey Lunyovun “Dinamo”ya keçidi rəsmiləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

Lunyovla 2+1 illik müqavilə imzalanıb. Rusiya mətbuatı onun “Dinamo”da ilə 900 min avro qazanacağını yazır.

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə “Qarabağ”da çıxış edib. 32 yaşlı qapıçı Ağdam təmsilçisi ilə Azərbaycan çempionatı və ölkə kubokunun qalibi olub.


metbuat.az.