17 İyun 2024 21:14
Fabiyane Buntiçi sıralarına qatan "Qarabağ" onunla kifayətlənməyəcək.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu qarşıdakı günlərdə daha bir qapıçı alacaq.
Çempionlar Liqasına hazırlaşan "köhlən atlar" çoxdandır maraq dairəsində olan əcnəbi kiperlə danışıqları başa çatdırmaq üzrədir.
O, əsas qapıçı kimi komandaya cəlb olunacaq. Yəni ki, xorvatiyalı Buntiçin keçidi əslində ikinci qapıçı kimi nəzərdə tutulub.
"Vizela"dan gələn xorvatiyalı burada ən yaxşı halda Luka Quqeşaşvilini əvəzlyəcək.
Hazırda ölkəsinin millinin heyətində Almaniyada keçirilən AVRO-2024-də iştirak edən gürcüstanlı turnirdən sonra "Qarabağ"la birdəfəlik vidalaşacaq.