METBUAT.AZ

İdman

"Qarabağ"ın keçmiş ulduzu MMA döyüşünə çıxır -

8 İyun 2024 13:33

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak MMA döyüşündə iştirak edəcək.

Metbuat.az xəbər verir ki, polşalı sabiq müdafiəçi karyerasını döyüş növlərində sınayır. Jezniçak bu gün "Clout MMA" turnirində Szaloni Reporterlə üz-üzə gələcək. Ötən gün döyüşçülər "üzbəüz"də qarşılaşıb və çəkiləri ölçülüb.

Qeyd edək ki, Yakub 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.


metbuat.az.