METBUAT.AZ

Ölkə

Qarabağ müharibəsi şəhidi dəfn olundu -

28 İyun 2024 16:19

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və naməlum əsgər kimi dəfn olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.

Metbuat.az xəbər verir ki, şəhidin nəşi doğulduğu Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb. O, Sarıcalı kənd qəbiristanlığında torpağa tapşırılacaq.


metbuat.az.