METBUAT.AZ

İdman

"Qarabağ" onunla yolları ayırdı -

4 İyun 2024 16:23

"Qarabağ" rusiyalı qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Klubdan Metbuat.az-a verilən məlumata görə, ölkə çempionu 32 yaşlı qolkiperin başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Rusiyalı oyunçu ötən mövsümün əvvəlində Ağdam klubuna keçmişdi. O, "köhlən atlar"la Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.


metbuat.az.