METBUAT.AZ

Hadisə

Qəbələdə zəncirvari qəza -

15 İyun 2024 21:44

Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb.

Metbuat.az Report-a istinadən bildirir ki, hadisə axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.