METBUAT.AZ

Dünya

Qəzzada həlak olanların sayı artdı

23 İyun 2024 17:23

Son sutka ərzində Qəzza zolağında 47 fələstinli ölüb, daha 121 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 37 598 nəfərə, yaralananların sayı 86 032 nəfərə çatıb.


metbuat.az.