METBUAT.AZ

Ölkə

Qubada çay məcrasından çıxdı

21 İyun 2024 19:24

Quba rayonunda Cağacıq çayı daşıb, Rustov kəndini su basıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.

Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.


metbuat.az.