3 İyun 2024 01:02
Bu gün karyerasını başa vuran “Qarabağ”ın futbolçusu Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir.
Metbuat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Medvedevin Ağdam təmsilçisində işləyə biləcəyini söyləyib: “Qısa danışıq olub. Qarşıdakı günlərdə növbəti dəfə danışacağıq. Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. Tək bizim üçün yox, Azərbaycan futbolu üçün də faydası olub”.