METBUAT.AZ

Ölkə

Rasim Eldarovla vida mərasimi keçirilir -

6 İyun 2024 13:59

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

Metbuat.az bildirir ki, şəhidin nəşi Göyçay rayonu Ulaşlı Şıxlı kəndində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rasim Səfər oğlu Eldarov 1968-ci il iyulun 17-də anadan olub. O, 1993-cü avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

R.Eldarov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.


metbuat.az.