METBUAT.AZ

İdman

"Real" 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu

2 İyun 2024 01:01

UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

Metbuat.az xəbər verir ki, finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.

İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüş "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Daniel Karvaxal (74-cü dəqiqə) və Vinisius Junior (83-cü dəqiqə) vurublar.


metbuat.az.