METBUAT.AZ

İdman

“Real” Ardanı göndərməkdə israr edir -

7 İyun 2024 09:45

“Xetafe”nin Arda Güler üçün “Real Madrid”ə göndərdiyi təklifin detalları məlum olub.

Metbuat.az xəbər verir ki, təklif 1+1 formasındadır. Bildirilir ki, Ardanın “Real”dakı uğurlu çıxışına baxmayaraq klub onu icarəyə göndərə bilər. Məlumata görə, Kilian Mbappenin transferindən və Luka Modriçin klubda davam etməsindən sonra Ardanın əsas heyətdə yer alması çətinləşib. İddia edilir ki, “Real” Ardanı “Xetafe”yə icarəyə göndərməkdə maraqlıdır.

Qeyd edək ki, Arda Güler bundan əvvəl “Real”da oynamaq istədiyi üçün “Milan”ın icarə təklifini rədd edib. “Xetafe”nin təklifinə birbaşa “yox” cavabını verən Ardanın “Real Madrid” rəhbərliyindən xeyli narazı qaldığı deyilir.


metbuat.az.