METBUAT.AZ

İdman

“Real”ın qalib olması “Qarabağ”ın işinə yaradı

2 İyun 2024 09:07

“Qarabağ” Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

Metbuat.az xəbər verir ki, bu, “Real”ın turnirin qalibi olmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi “Qarabağ”la yanaşı “Ferentsvaroş”un da işinə yarayıb.

Bundan başqa, “Real”ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.


metbuat.az.