METBUAT.AZ

İdman

“Real” “Qarabağ”a qol vuran futbolçunu alır -

11 İyun 2024 10:45

“Real Madrid” “Bayer Leverkuzen”in yarımmüdafiəçisi Floryan Virtslə bir sıra məsələlərdə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, razılaşmaya əsasən futbolçu daha bir mövsüm “Bayer Leverkuzen”də qalandan sonra “Real”a transfer olacaq. “Marca” qəzetinin məlumatına görə, transfer “Real”a 150 milyon avroya başa gələ bilər. Məlumata görə, “Real” heyətdəki rəqabəti nəzərə alaraq Floryan Virtsin yeni mövsümdə heyətə cəlb etmək istəmir.


metbuat.az.