METBUAT.AZ

Dünya

Rusiyada iki tramvay toqquşub, yaralılar var

6 İyun 2024 09:23

Rusiyanın Kemerovo şəhərində iki tramvayın toqquşması nəticəsində 67 nəfər xəsarət alıb.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, yaralıların vəziyyəti ağırdır.

Kemerovo vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk teleqram kanalında bildirib ki, yaralılardan ikisi reanimasiyada, biri əməliyyat otağındadır. Həkimlər onların həyatları üçün mübarizə aparırlar. 10 nəfər isə ambulator müalicəyə göndərilib.

“”.


metbuat.az.