METBUAT.AZ

İdman

Sabiq "Fənərbağça"lı millimizi çalışdıra bilər

1 İyun 2024 14:58

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan "Ankaragücü" komandası olub.


metbuat.az.