METBUAT.AZ

İqtisadiyyat

"Şahdəniz" qazının ixracı bu il 3%-ə yaxın artıb

14 İyun 2024 11:20

Cari ilin yanvar-may aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 359 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 3% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, qaz nəqlinin 54.6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 9471.6 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub.

Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).


metbuat.az.