METBUAT.AZ

Dünya

Seçkilərin 2-ci turunda onlar yarışacaq

29 İyun 2024 12:46

İranda keçirilən növbədənkənar prezident seçkilərində heç bir namizəd çoxluğu təmin etməyib.

Metbuat.az bildirir ki, buna görə də, islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaqlar. İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı Məsud Pezeşkian və Səid Cəlilinin 2024-cü il iyulun 5-nə təyin edilmiş ikinci tura namizədliyini rəsmən təsdiqləyib.

Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Məsud Pezeşkian 10,415,991 səs yığıb və birincidir. Səid Cəlili 9,473,298 səslə ikincidir.

İkinci tur iyulun 5-də olacaq.


metbuat.az.