METBUAT.AZ

Ölkə

Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edildi

24 İyun 2024 19:40

Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Naim Cahidzadə sərəncam imzalayıb.

Sərəncama əsasən, Yusif Mirabbas oğlu Seyidov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


metbuat.az.