METBUAT.AZ

Ölkə

Şəhid övladı Rəşadın yardımınıza ehtiyacı var -

27 İyun 2024 16:45

Qarabağın azad edilməsi uğrunda şəhid olmuş Əli Əliyevin oğlu Rəşad Əliyev çətin durumdadır.

Metbuat.az xəbər verir ki, 42 yaşlı Şəhid övladı uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Müxtəlif tibb müəssisələrində uzunmüddətli müalicə alan R. Əliyev hazırda Türkiyənin İstanbul şəhərindəki Anadolu Sağlık Mərkəzində müalicəsini davam etdirir. Diaqnozu Ağciyər xərçəngidir.

Bununla yanaşı, R. Əliyev daha ağır problemlə üzləşib. Onkoloji xəstə bir müddət öncə yıxılması nəticəsində oma sümüyü qırılıb. Həkimlər ona problemin aradan qaldırılması üçün endoprotez əməliyyatını təcili və vacib sayıb. Bu əməliyyatın icrası üçün isə 35 min dollar lazımdır. Onkoloji xəstəlikdən uzunmüddətli müalicədə olduğundan isə ailənin bu məbləği qarşılamağa heç bir imkanı yoxdur. Çarəsiz vəziyyətdə qalan Şəhid ailəsi imkanlı və xeyirxah insanlardan yardım istəyir.

"Leobank": 4098 5844 5830 3920

Əlaqə nömrəsi: 055 394 02 03


metbuat.az.