15 İyun 2024 21:29
Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.
Metbuat.az Report-a istinadən bildirir ki, hadisə Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə biegə balıq tutan zaman ehtiyatsızlıqdan yıxılıb və balıq tutmaq üçün nəzərdə tutulan metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.