METBUAT.AZ

Ölkə

Şəmkirdə iki nəfəri ildırım vuraraq öldürüb

1 İyun 2024 01:27

Şəmkir rayonun Zəyəm qəsəbəsində qadını ildırım vuraraq öldürüb.

Metbuat.az-ın məlumatına görə, Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

00:16

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb.

Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənddə 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub.

O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


metbuat.az.