24 İyun 2024 13:07
"Separatçılatla bağlı cinayət işi üzrə istintaq hərəkətləri başa çatıb, yaxın günlərdə məhkəməyə göndəriləcək".
Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfransda deyib.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:
"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək", - deyə Baş prokuror əlavə edib.