16 İyun 2024 22:07
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
Metbuat,az xəbər verir ki, C qrupunda Sloveniya və Danimarka yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 17-ci dəqiqədə Danimarkanın heyətində Kristian Eriksen açıb. Sloveniyanın topunu isə 77-ci dəqiqədə Erik Yanza vurub.
C qrupunun ikinci oyunu İngiltərə və Serbiya arasında olacaq. Görüş 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.