26 İyun 2024 19:42
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.