METBUAT.AZ

Ölkə

Sumqayıtda yaşayış binasında yanğın baş verdi,

27 İyun 2024 22:09

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib. 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


metbuat.az.