METBUAT.AZ

Elm və Təhsil

TDT Nazirlərinin Şuşada iclası keçirilir

1 İyun 2024 09:00

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclası keçirilir.

Metbuat.az xəbər verir ki, bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.

İclaslarda TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.


metbuat.az.