METBUAT.AZ

Sağlamlıq

Təzyiq üçün limon yeyənləri bu təhlükə gözləyir

1 İyun 2024 15:27

Sağlamlıq eliksiri hesab edilən limonlu su mədəni xəstə edə bilər.

Metbuat.az xəbər verir ki, qastroenteroloq Rustam Sadıkov populyar içkinin zərərindən danışıb.

“Səhər acqarına və ya yatmazdan əvvəl limonlu ilıq su içmək mədə şirəsi sekresiyasını çoxaldır, içkidə olan limon turşusu boş mədəyə düşdükdə, selikli qişanı zədələyir.

Bundan başqa bu içki zülal mənimsənilməsini pozur.

Hər gün limonlu su içmək qida borusu və boğazın da incə selikli qişasını aşılayır, qıcıqlanma,qızarma və öskürəyə səbəb olur.

Artıq mədə, 12 barmaq xorası, qastriti olana limonlu su olmaz.

Mədənin sağlamlığını və tamlığını qorumaq üçün qələvi təsirli qidalar seçin: banan, avokado, badam südü, kartof və s”.


metbuat.az.