METBUAT.AZ

Hadisə

Tovuzda 14 yaşlı uşağı ildırım vurub öldürdü

1 İyun 2024 10:59

Tovuz rayonunda bir nəfər ildırım vurması nəticəsində həyatını itirib.

Metbuat.az-ın məlumatlna görə, hadisə Ağdam kəndində olub. 2010-cu il təvəllüdlü Abullazadə Səbuhi Samir oğlu yaşadıqları evin yaxınlığında heyvanları otararkən ildırım vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.