METBUAT.AZ

Hadisə

Toy mərasimində faciəvi hadisə -

29 İyun 2024 23:22

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.