METBUAT.AZ

Dünya

Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib -

23 İyun 2024 18:11

ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasında vitse-prezident postuna kimin namizəd olacağına qərar verib.

Metbuat,az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp müvafiq bəyanatı Pensilvaniyada tərəfdarlarının mitinqindən əvvəl deyib. Siyasətçi bildirib ki, bu şəxs iyunun 27-də hazırkı Amerika lideri Co Bayden ilə televiziya debatında iştirak edəcək, lakin hələlik respublikaçının seçimini heç kim bilmir.

Kanalın mənbələri qeyd ediblər ki, Trampın vitse-prezidenti vəzifəsinə əsas namizədlər Şimali Dakota ştatının qubernatoru Duqlas Burqum, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubiodur.

Qeyd edək ki, iyunun 27-nə planlaşdırılan teledebat ABŞ tarixində hazırkı və keçmiş prezidentlər arasında ilk debat olacaq. Teledebat Corciya ştatının Atlanta şəhərində baş tutacaq və 90 dəqiqə davam edəcək. Debatı CNN jurnalistləri idarə edəcək.


metbuat.az.