12 İyun 2024 01:15
"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə üç gün öncə Azərbaycana dəvət olunub.
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində "Taraz", "Gənclərbirliyi", "Kayrat", "Rubin", "Rostov", "Traktor", "Soçi" klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala "Dinamo"su olub.