13 İyun 2024 22:53
"Borussiya Dortmund"un yeni baş məşqçisinin adı açıqlanıb.
Metbuat.az-ın məlumatına görə, "arılar"ın yeni çalışdırıcısı 2024-cü ilin əvvəlindən Edin Terziçin məşqçilər korpusunda yer alan Nuri Şahin olacaq.
Bildirilib ki, tərəflər yalnız əməkdaşlıq şərtlərini - müqavilənin müddəti və maliyyə detallarını razılaşdırmalıdırlar. Bunun üçün 35 yaşlı Şahinin nümayəndəsi klubun ofisinə baş çəkəcək.
Xatırladaq ki, "Borussiya" 2023/2024 mövsümündə Bundesliqada beşinci yeri tutaraq Çempionlar Liqasının finalına yüksəlib.