8 İyun 2024 01:15
Avropanın 21 yaşa qədər ən yaxşı futbolçularına verilən “Golden Boy” mükafat gecəsinin iyunda keçiriləcəyi açıqlanıb.
Metbuat.az-ın məlumatına görə, namizədlər siyahısında türkiyəli futbolçuların da adları qeyd olunub.Belə ki, “Real Madrid”in formasını daşıyan Arda Gülər siyahıda 19-cu pillədə qərarlaşıb.
“Yuventus”dan Kənan Yıldız 32-ci, “Beşiktaş”dan Semih Kılıçsoy 59-cu, “Kasımpaşa”dan Yasin Özcan isə 67-ci pillədə yer alıb.
Qeyd edək ki, namizədlər siyahısında 100 futbolçunun adı qeyd olunub.