10 İyun 2024 14:15
“Fənərbaxça”nın məşqçisi Joze Mourinyo RTP-yə diqqətçəkən müsahibə verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, “Fənərbaxça”nın təklifini qəbul etməsinin səbəbi qələbə qazanmağı özləməsidir. Joze Mourinyo “Fənərbaxça”nı “Roma” ilə müqayisə edib. O, “Roma”da olduğu kimi “Fənərbaxça”da da çətinliklərin olacağını ifadə edib. Mourinyo bildirib ki, “Fənərbaxça”nın da Avropa səviyyəsində çətinlikləri olacaq:
“Tarixən Türkiyədə “Beşiktaş”, “Qalatasaray”, biz və bəzən Trabzonspor çempionluq üçün mübarizə aparmışıq. Yenə çempionluq üçün oynayacağıq. Bu məni motivasiya edən bir şeydir. “Roma”da bu yox idi, “Tottenhem”də bu yox idi. Xal itirməmək və həmişə qalib gəlmək üçün darıxıram. Çempionlar Liqasına daxil olmağımız bir az mürəkkəb olacaq. Üç pley-off oyunu var və üç pley-offdan əlavə, səkkiz oyunçum AVRO-2024-də oynayacaq. Mən futbolçularımın AVRO-2024-dən tez bir zamanda kənarda qalmasını istəyirəm. Çünki ilk turu “Partizan” və ya “Luqano”ya qarşı keçirməli ola bilərik, bu, heç də asan deyil, xüsusən də bu səkkiz oyunçusuz”.