22 İyun 2024 22:09
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.
Metbuat.az xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.
Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib.