METBUAT.AZ

İdman

​Türkiyə nəhəngindən Ramos barədə açıqlama

13 İyun 2024 09:45

"Sevilya"da çıxış edən və müqaviləsi başa çatmaq üzrə olan Serxio Ramosun “Beşiktaş”la anlaşmaq üzrə olduğu barədə məlumatlar həqiqət deyil.

Metbuat.az xəbər verir ki, bu barədə Beşiktaş"ın vitse-prezidenti Hüseyn Yücel açıqlama verib. Yücel açıqlamasında "Yüksək səviyyəli transferlər mütləq olacaq, amma təqaüdə çıxmağa yaxın olan futbolçularla danışıqlar aparmırıq" deyə bildirib. O, Serxio Ramosun onların gündəmində olmadığını ifadə edib. Qeyd edək ki, Serxio Ramosun adı “Beşiktaş”la yanaşı “Qalatasaray”la da hallanır.

Serxio Ramos ötən mövsüm "Sevilya"nın heyətində 37 rəsmi matçda 3301 dəqiqə meydanda olub. Futbolçu Əndəlus təmsilçisində 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçinin hazırkı transfer dəyəri 2,5 milyon avrodur.


metbuat.az.