METBUAT.AZ

Region

Türkiyə və Gürcüstanda ardıcıl zəlzələlər oldu

16 İyun 2024 22:51

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, bu gün Gürcüstanda da 3 dəfə zəlzələ olub.


metbuat.az.