14 İyun 2024 23:24
Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.
Metbuat.az xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər. 10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.
Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.