18 İyun 2024 09:52
Tut faydalı olduğu kimi, tutun qurusu da bir çox xəstəliklərə qarşı effektiv təsirə malikdir.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, tut qurusunun faydaları bunlardır:
- Ağ tutun qurusu ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki bioaktiv birləşmələr nəticəsində qaraciyər xəstəliklərinin də qarşısının alınmasında effektivdir
- Tut qurusu potensial xərçəng riskini azaltmağa kömək edə bilər. Çin tibbində də tut xərçəng önləmə və müalicəsində əhəmiyyətli rola malikdir
- İnfarkt riskini azaldır
- Tərkibindəki flavanoid birləşmələr yaş ötdükcə ortaya çıxan göz xəstəliklərinə qarşı faydalıdır
- Beyinin sağlamlığını dəstəkləyir, zehni yaxşılaşdırır
- Həzm prosesinin yaxşı getməsinə yardım edir.