METBUAT.AZ

Ölkə

Uşaq dünyaya gətirərkən həyatını itirən ananın görüntüləri -

7 İyun 2024 23:01

Zərdab rayonunda doğuş zamanı həyatını itirən qadınla bağlı yeni detallar məlum olub.

Metbuat.az xəbər verir ki, yaxınları iddia ediblər ki, ananın ölümünə həkim səhlənkarlığa səbəb olub. Anası Sevinc Nağıyeva qızının hamiləlik dövrünün normal keçdiyini, paytaxtdakı həkimlərdən birinin nəzarəti altında olduğunu bildirib.

Onun sözlərinə görə, qızı hər ay mütəmadi analizlər verib və müayinələrdən keçib. Həkimin təyin etdiyi vaxtda isə xəstəxanaya gətirilib:

"Qızım əməliyyat olunandan sonra yoldaşına deyib ki, qarnımın içindən nəsə axır. Həkim isə bunun normal olduğunu bildirmişdi. 15 dəqiqə keçəndən sonra isə qızım koma vəziyyətinə düşdü".

Qeyd edək ki, bu ananın ikinci övladı olub.

Hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı ATV-nin süjetində:



metbuat.az.